REGİONLAR
Qazaxda tütün sahələri genişləndirilir
Qazax, 27 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda tütün əkininə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qazaxda kənd təsərrüfatının gəlirli sahəsi olan tütünçülük ilbəil daha da inkişaf edir. Belə ki, 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılıb. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülüb.
Tütünçülüyün gəlirli sahə olduğunu nəzərə alan fermerlər cari ildə əkin sahələrini genişləndirərək 60 hektara çatdırmağı planlaşdırıblar.
Əkin sahələrini şitillə təmin etmək üçün Cəfərli kəndində 1 hektar ərazidə istixana şəraitində kifayət qədər şitil yetişdirilib. Artıq Kosalar kəndində şitil əkininə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]