İQTİSADİYYAT
QAZAXISTAN PARLAMENTİ NEFT İXRACINA VERGİ QOYULMASINI BƏYƏNMİŞDİR
Ölkə Prezidenti bu düzəlişlərin vacib olduğunu bəyan etmişdir. Düzəlişlərdən əsas məqsəd neftdən əlavə gəlir əldə etmək və ölkənin neft-qaz sektorunun vergi yükünü artırmaq məqsədi ilə neft əməliyyatlarında vergiqoyma sistemini təkmilləşdirməkdir. Məhsulun bölünməsi şərti ilə işləyənlər, eləcə də həmin qanun layihəsi qüvvəyə minənə qədər yeraltı sərvətlərdən istifadəyə dair müqavilə imzalayanlar istisna olmaqla, bu vergini bütün xam neft ixracçılarının ödəməsi nəzərdə tutulur. Bu normalar yalnız yeni müqavilələrə şamil ediləcəkdir. İndiyədək imzalanmış müqavilələrə yenidən baxılmayacaqdır.
Vergi norması neftin bazar qiymətindən asılı olaraq, fərqlənəcəkdir. Neftin bir barrelinin qiyməti 19 dollar olarsa, renta vergisi yalnız bir faiz təşkil edəcəkdir. Bir barrelin qiyməti 40 dollar və ondan çox olduqda isə, maksimal vergi norması 33 faizə bərabər olacaqdır.
Hazırda Qazaxıstanda neft ixracına görə heç bir vergi yoxdur.