DÜNYA
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib
Bakı, 26 noyabr, AZƏRTAC
Şənbə günü paytaxt Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Müstəqillik Sarayında xalqı qarşısında and içən Kasım-Jomart Tokayev rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Kasım-Jomart Tokayevə Qazaxıstan Prezidentinin vəsiqəsini təqdim edib. Tədbirdə, həmçinin deputatlar, Konstitusiya şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, hökumət üzvləri də iştirak edib.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.