Qazaxıstanda təşkil olunan festivalda Azərbaycan da təmsil olunub
İstanbul, 30 sentyabr, АZƏRTAC
TÜRKSOY ilə Qazaxıstanın Kızılorda valiliyinin birgə təşkilatçılığı əsasında Kızılorda şəhərində Dördüncü Qorqud və Böyük Bozkır beynəlxalq musiqi festivalı təşkil olunub.
AZƏRTAC TÜRKSOY-un katibliyinə istinadla xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Rusiya, Çin, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və digər ölkələri təmsil edən səksənə yaxın elm adamı, folklor araşdırmaçısı və sənətçi iştirak edib. Türkdilli xalqların milli musiqi alətlərinin ifasında rəngarəng proqramlar təşkil olunub.
Rəsmi açılışda TÜRKSOY-un baş katibi Düsen Kaseinov Dədə Qorqud şəxsiyyətinin türkdilli xalqlarının formalaşmasındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanı şifahi və yazılı xalq ədəbiyyatımızda əsas sütunudur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul