SİYASƏT
QƏBƏLƏ QADINLARININ KONFRANSI KEÇİRİLMİŞDİR
Qəbələdə rayon qadınlarının konfransı keçirilmişdir. İcra
hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda qadın problemlərindən danışılmış, qarşıda duran vəzifələr, həyata keçiriləcək tədbirlər müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən natiqlər bildirmişlər ki, Qəbələ qadınları ölkədə baş verən ictimai-siyasi hadisələrlə həmişə yaxından maraqlanır, onlara münasibətdə fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Xüsusilə, prezident seçkiləri ərəfəsində rayonda keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Onlar qarşıdakı prezident seçkilərində fəal iştirak edəcəklərini və dövlətimizin başçısı Heydər Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini bildirmişlər.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva konfransda iştirak etmişdir.