Qəbələdə bu günədək vətəndaşlara 71 min dozadan çox vaksin vurulub
Qəbələ, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Bu günədək Qəbələ rayonu üzrə vətəndaşlara 71 min 779 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 42 min 640 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 29 min 139 nəfərdir.