Qəbələdə güclü dolunun törətdiyi fəsadlar aradan qaldırılır
Qəbələ, 22 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə bu il sentyabrın 7-də yağan dolu nəticəsində ziyan dəymiş təsərrüfatlardakı fəsadlar aradan qaldırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təbii fəlakət zamanı ziyan çəkmiş təsərrüfatlara Fövqəladə Hallar Nazirliyinin dəstəyi və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə dəmir dam örtükləri verilib və artıq örtüklərin dəyişdirilməsinə başlanılıb.