Qədəmin dəyən yerdə səhralar da gül açır...
Bakı, 7 may, AZƏRTAC
Bakı 1 nömrəli Tibb Kollecinin həyəti əsl sərgi salonunu xatırladırdı. Burada kollec tələbələrinin əl işləri - rəsm əsərləri və güllərdən ibarət sərgi açılmışdı. Rəngarəng, al-əlvan gül rəsmləri sərginin bütün tamaşaçılarının zövqünü oxşayırdı...
AZƏRTAC xəbər verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş bu tədbirin iştirakçıları sərgiyə tamaşa edəndən sonra kollec tələbələrinin iştirakı ilə konsert proqramını izləyiblər. Konsertdə dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev, Vətən və xalq haqqında musiqi nömrələri səsləndirilib.
Sonra rejissor Vaqif Mustafayevin Ulu Öndərə həsr etdiyi film nümayiş olunub.