Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
Bakı, 10 iyun, AZƏRTAC
Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda baş verən kütləvi atışma nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin Klivlend qəsəbəsindəki qeyri-rəsmi yaşayış məntəqəsində qeydə alınıb. Məlumata görə, silahlı şəxslər əraziyə daxil olaraq sakinlərə atəş açıb və daha sonra hadisə yerindən qaçıblar.
Cənubi Afrika polisi bildirib ki, hücumda iştirak etdiyi ehtimal olunan şəxslərin axtarışı davam etdirilir. Yaralılara hadisə yerində tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]