Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
Bakı, 10 iyun, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisası üzrə təhsil alan tələbələri Polimer Materialları İnstitutunda tədris təcrübəsi keçirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələr laboratoriyalarda, Polimer materiallarının fiziki - mexaniki tədqiqatları və fiziki-kimyəvi analiz şöbələrində yerinə yetirilən elmi-tədqiqat işlərinə uyğun aparılan təcrübələrlə əyani tanış olaraq bilik və bacarıqlarını artırmaq imkanı əldə edirlər. Onlara təhsil müddətində öyrəndikləri bilikləri iş mühitində tətbiq etmələri üçün şərait yaradılır.
Tələbələrin təcrübə müddəti iyulun 5-dək davam edəcək.