Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun - Milli Qurtuluş Günü xüsusi siyasi və tarixi əhəmiyyətə malikdir. Bu gün təkcə hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlaması, parçalanmaq təhlükəsindən xilas olması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından taleyüklü mərhələ kimi qiymətləndirilir. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı dərin böhrandan çıxararaq sabitlik, inkişaf və dövlət quruculuğu mərhələsinə gətirib çıxardı. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifələrdən istefa verməsindən qısa müddət sonra erməni millətçiləri və onları dəstəkləyən dairələr Dağlıq Qarabağ məsələsini gündəmə gətirdilər. Bununla da Azərbaycanın sonrakı illərdə qarşılaşdığı faciələrin, ərazi iddialarının və separatçılıq meyillərinin əsası qoyuldu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

O bildirib ki, müstəqilliyin ilk illərində ölkədə idarəetmə böhranı, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, qanunsuz silahlı dəstələrin fəaliyyəti və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qoymuşdu.

“AXC-Müsavat hakimiyyəti dövründə baş verən siyasi qarşıdurmalar, hakimiyyət daxilində qruplaşmaların yaranması, dövlət institutlarının zəifləməsi və cəbhədə uğursuzluqlar ölkədə dərin böhran yaratmışdı. 1993-cü ilin yaz-yay aylarında vəziyyət daha da ağırlaşdı. Kəlbəcərin işğalı, Gəncə hadisələri, müxtəlif bölgələrdə separatçı meyillərin güclənməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı faktiki olaraq dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycan cəmiyyətində ölkəni bu böhrandan çıxara biləcək siyasi liderə ehtiyac yaranmışdı. Xalqın böyük əksəriyyəti öz ümidini Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyevə bağlayırdı. Onun zəngin dövlət idarəçilik təcrübəsi, siyasi nüfuzu və milli maraqlara əsaslanan mövqeyi Azərbaycanın xilası üçün yeganə real çıxış yolu kimi qəbul edilirdi. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın və dövlət rəhbərliyinin təkidli çağırışlarını qəbul edərək Bakıya gəldi. Bu qayıdış ölkənin taleyində həlledici dönüş nöqtəsinə çevrildi. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Məhz həmin gündən etibarən dövlət idarəçiliyində sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və milli dövlətçilik institutlarının möhkəmləndirilməsi istiqamətində sistemli fəaliyyət başlandı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ən vacib vəzifə dövlətçiliyin qorunması idi. Ulu Öndərin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Onun rəhbərliyi ilə dövlət idarəetmə sistemi yenidən quruldu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və demokratik institutların formalaşdırılması ölkənin gələcək inkişafının hüquqi əsaslarını yaratdı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi mərhələsinin dayandırılması məqsədilə 1994-cü ildə atəşkəs əldə olundu. Bu addım dövlət quruculuğu və iqtisadi inkişaf üçün zəruri sabitlik mühitinin formalaşmasına imkan verdi. Milli Qurtuluşdan sonra Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri iqtisadiyyatın bərpası oldu. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft sazişi ölkənin iqtisadi müstəqilliyini gücləndirdi, xarici investisiyaların cəlb olunmasına və Azərbaycanın beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi və Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursu formalaşdırıldı”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında 1993-cü ildən başlanan dövlət quruculuğu siyasəti dayanır: “Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkədə güclü dövlət institutları formalaşdı, iqtisadi inkişaf təmin edildi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldildi. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artması nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin tam təmin olunması Ulu Öndərin əsasını qoyduğu dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, bu Zəfər həm də ata vəsiyyətinin yerinə yetirilməsi, Azərbaycan xalqının tarixi ədalətinin bərpası idi. 15 İyun- Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqının öz taleyini müəyyən etdiyi, dövlətçiliyin xilası naminə doğru siyasi seçim etdiyi tarixi dönüş nöqtəsidir. Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və tarixi Zəfərinin təməlində dayanan hadisə kimi xalqımızın yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, regionun aparıcı güc mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu mənada 15 İyun təkcə keçmişin deyil, həm də müasir Azərbaycanın və gələcək inkişafının ideoloji-siyasi dayaqlarından biri olaraq tariximizdə əbədi yaşayacaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib