QƏDİM BƏRDƏ ŞƏHƏRİNƏ AİD MADDİ MƏDƏNİYYƏT NÜMUNƏLƏRİ AŞKARLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bərdə şəhərinin qədim tarixinin araşdırılması məqsədi ilə qazıntı işlərinə başlanılmışdır.
Gəncə Regional Elm Mərkəzi arxeologiya və etnoqrafiya şöbəsinin müdiri, Bərdə arxeoloji ekspedisiyasının rəisi, professor Arif Məmmədov bildirmişdir ki, qazıntı işləri zamanı hazırda Bərdə dioqnostika və ticarət mərkəzlərinin yerləşdiyi ərazidə, Tərtər çayının sahilində orta əsrlər Bərdəsinin sənətkarlar məhəlləsi aşkarlanmışdır.
Məhəllədə dulusçuluq, zərbxana (pul kəsilən yer), qədim pilləkənlər və IX-XIV əsrlərə aid maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Bunlar XI-XIII əsrlərə aid olan iri təsərrüfat küpləri, həmin dövrdə istifadə olunmuş badya və küplər və XIV əsrə aid qablar, şüşə materiallarının qalıqlarından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]