Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin aldığı kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:44]
Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir
- 16.10.2026 [11:41]
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
- 16.10.2026 [11:28]
Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]