QİÇS-dən həyatını itirmiş insanların xatirəsi yad ediləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 14-də Respublika QİÇS-lə Mübarizə Mərkəzində dövlət, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların, eləcə də KİV nümayəndələrinin iştirakı ilə “Unutmayaq və QİÇS-ə qarşı birləşək” devizi altında “dəyirmi masa” keçiriləcəkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların dünya xatirə günü qeyd olunur.
Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis edilmişdir.
QİÇS-dən ölənlərin sayı artıq milyonlarladır. Bu gün məhz onların xatirəsinin yad edilməsi, bütün insanların QİÇS haqqında düşünməsi irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin bu xəstəlikdən sığortalanmadığını dərk etməsi üçün keçirilir. Xatirə günü, eyni zamanda, cəmiyyətin diqqətini bu problemə cəlb etmək, ictimaiyyətə düzgün informasiya çatdırmaq məqsədi güdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]