Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: İlham Əliyevin Səngəçaldakı möhtəşəm əl izi dəmir yumruğa çevrilib

Qivami Rəhimli: İlham Əliyevin Səngəçaldakı möhtəşəm əl izi dəmir yumruğa çevrilib

Bakı, 22 iyun, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetində “Çoxtərəfli və regional diplomatiya”, "Beynəlxalq təşkilatlar", "Enerji təhlükəsizliyi" proqramlarını tədris edən Qivami Rəhimli “İlham Əliyevin Səngəçaldakı möhtəşəm əl izi dəmir yumruğa çevrildi” adlı məqalə hazırlayıb.

Müəllif məqalədə Azərbaycanın neft strategiyasının ölkənin əsas sütunlarından birinə çevrildiyini qeyd edərək vurğulayır ki, bu strategiya iqtisadi inkişafı sürətləndirməklə bərabər müdafiə potensialını gücləndirib və nəticə etibarilə ölkənin ərazi bütövlüyünün bərpası ilə yekunlaşan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqların azad edilməsinə imkan yaradıb. Məqalədə, həmçinin Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rol və Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi mövqeyi xüsusi vurğulanır.

AZƏRTAC Qivami Rəhimlinin sözügedən məsələlərlə bağlı yanaşma və təhlillərini əks etdirən məqaləni təqdim edir:

Azərbaycanın müstəqilliyinin ilk illəri son dərəcə mürəkkəb və ağır sınaqlarla müşayiət olunub. Ölkə bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərinin bir hissəsinin işğalı ilə üz-üzə qalıb, digər tərəfdən isə müstəqilliyin ilk illərində yaranmış siyasi qeyri-sabitlik və iqtisadi tənəzzülün doğurduğu ciddi problemlərlə qarşılaşıb.

Məhz belə bir mürəkkəb tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində həlledici rol oynayıb. Onun formalaşdırdığı praqmatik xarici siyasət kursu qlobal güclər və region dövlətləri arasında maraqlar balansının qorunmasına əsaslanıb. Çoxşaxəli və balanslaşdırılmış xarici siyasət xətti Azərbaycanın hər hansı geosiyasi blokun təsiri altına düşmədən ayrı-ayrı dövlətlərlə iqtisadi, enerji və hərbi əməkdaşlıq münasibətləri qurmasına geniş imkan yaradıb.

Heydər Əliyev neft-qaz layihələrinin strateji əhəmiyyətini uzaqgörənliklə qiymətləndirən siyasi lider idi. Xarici neft şirkətləri ilə imzalanan müqavilələr ölkənin iqtisadi dirçəlişinin və siyasi sabitliyinin möhkəmlənməsinin əsasını qoyub. Məhz bu strateji qərarlar Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirərək onun regional və beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynayıb.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş çoxşaxəli xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev onu daha da dərinləşdirmiş, Azərbaycanın suverenliyini qlobal güclərlə region dövlətləri arasında balanslaşdırılmış diplomatiya üzərində möhkəmləndirib. Nəticə etibarilə, məhz bu strategiya bu gün güclü, dinamik inkişaf edən Azərbaycan dövlətinin təməlini formalaşdırıb.

Azərbaycanın Xəzər hövzəsində həyata keçirdiyi neft və qaz layihələri dünyanın ən iri enerji layihələri sırasında yer alır və hasil etdiyi karbohidrogenləri dayanıqlı şəkildə beynəlxalq bazarlara çatdırılmasına imkan yaradır. Xəzər regionunun ən mühüm enerji qovşaqlarından biri hesab olunan Səngəçal terminalı isə qlobal enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi strateji əhəmiyyət daşıyır.

Hazırda Səngəçal terminalından başlayan, Rusiya və İran ərazilərini yan keçən üç əsas enerji ixrac marşrutu fəaliyyət göstərir. Bunlardan biri Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxışı təmin edən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, digəri Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa terminalına qədər uzanan Bakı-Supsa neft kəməridir. Üçüncü və ən mühüm enerji marşrutlarından biri isə Cənub Qaz Dəhlizidir. Altı ölkənin ərazisindən keçən bu strateji enerji dəhlizi İtaliyanın cənubuna qədər uzanaraq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılış mərasimində çıxışı zamanı bu layihənin geosiyasi və iqtisadi əhəmiyyətini vurğulayaraq deyib: “Bu layihə ilə biz Avropanın yeni enerji xəritəsini yaradırıq”.

Cənub Qaz Dəhlizi təkcə Avropa üçün etibarlı enerji təchizatı marşrutu deyil, eyni zamanda, dünya neft-qaz sənayesinin ən mühüm strateji layihələrindən biridir. Cənub-Şərqi Avropa ölkələri üçün bu layihə xüsusilə böyük əhəmiyyət kəsb edir. Belə ki, həmin ölkələr uzun illər enerji təminatında əsasən Rusiyadan asılı vəziyyətdə olub, Rusiya-Ukrayna müharibəsindən sonra isə Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etmək məqsədilə alternativ mənbə və marşrutların şaxələndirilməsinə xüsusi önəm verməyə başlayıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu yüksək qiymətləndirərək bildirib:

“Siz həqiqətən də bizim üçün mühüm enerji tərəfdaşısınız və hər zaman etibarlı tərəfdaş olmusunuz. Siz yalnız enerji təchizatımızın təhlükəsizliyinin təmin edilməsində deyil, həm də iqlim neytrallığına nail olmaq istiqamətində səylərimizdə vacib tərəfdaşsınız”.

Səngəçal terminalı dünya üzrə bp-nin əməliyyatçısı olduğu ən böyük quruda olan obyektidir. Terminalla tanışlıq burada yerləşən Xəzər Enerji Mərkəzindən başlayır və qonaqlara Azərbaycanda neft hasilatının tarixi inkişaf yolu barədə məlumat verilir.

Xəzər Enerji Mərkəzi 2005-ci ilin may ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışı münasibətilə keçirilən mərasim çərçivəsində Prezident İlham Əliyev, Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentləri, bp şirkətinin baş icraçı direktoru Lord Con Braun və tərəfdaş ölkələrin yüksəkvəzifəli nümayəndələrinin iştirakı ilə istifadəyə verilib.

Bu tədbirdə iştirak edən yüksəkvəzifəli şəxslər açılış mərasiminin rəmzi kimi gips lövhələr üzərində əl izlərini qoyublar. Bu əl izləri qlobal əməkdaşlığı, yeni başlanğıcları və ortaq gələcəyə inamı simvolizə edir.

Qlobal əməkdaşlığı təmsil edən, yüksəkvəzifəli şəxslərin Xəzər Enerji Mərkəzində qoyduğu əl izləri zaman keçdikcə terminalın əsas simvollarından birinə çevrilərək, Səngəçalı ziyarət edən qonaqlar arasında ən maraqlı və yaddaqalan hadisə olub.

Bu simvolik əl izləri arasında Prezident İlham Əliyevin əl izi öz möhtəşəmliyi ilə xüsusi diqqət çəkir və Azərbaycanın uğur hekayəsinin rəmzinə çevrilib. Azərbaycanlılar arasında böyük uğur qazanmış insanlara ünvanlanan məşhur bir ifadə var: “Sağ əlin mənim başıma”. İnama görə, bu ənənə uğurun bir insandan digərinə keçməsini simvolizə edir. Azərbaycanın nailiyyətlərinin görən Səngəçal terminalının qonaqları da Prezident İlham Əliyevin əl izinin olduğu lövhəyə sağ əlini qoyaraq sonra isə başlarına çəkərək bu simvolik ənənəni yaşadırlar.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş katibi Məhəmməd Hamel

Bu baxımdan, Səngəçal Terminalında görüşdüyüm çoxsaylı nüfuzlu qonaqlar arasında 2024-cü ildə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun səfəri xüsusilə yadda qalan olub. O, Azərbaycanın əldə etdiyi uğurların arxasında dayanan əsas amilləri öyrənmək üçün böyük maraq göstərirdi.

Konqo Prezidenti Deni Sassu-Nqessonun Səngəçal terminalına səfəri

Mən Konqo Prezidentinə İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar haqqında məlumat verdim. Onun uzaqgörən liderliyini, güclü dövlətçilik baxışını və milli maraqlara əsaslanan strateji idarəçilik prinsipini, enerji təchizatı yaradılmasında oynadığı mühüm rolu vurğuladım. Bildirdim ki, bu uğur biznes, siyasət və texnologiyanın mürəkkəb qarşılıqlı əlaqələrinin dərindən dərk edilməsini tələb edən bir prosesin nəticəsidir. Ardınca Prezident İlham Əliyevin əl izi olan uğur simvolu barədə məlumat verdim.

Bu məlumatları dinlədikdən sonra vaxtı ilə ordu generalı olmuş Konqo Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevin əl izi olduğu lövhəyə yaxınlaşaraq sağ əlini həmin əl izinin üzərinə qoydu, daha sonra isə əlini başına çəkərək Azərbaycan xalqı arasında geniş yayılmış simvolik jesti təkrarladı. Konqo Prezidentinin bu səmimi və simvolik jesti tədbir iştirakçıları və onu müşayiət edən rəsmi şəxslər tərəfindən alqışlarla qarşılandı. Qonaqlar bununla Azərbaycanın qazandığı möhtəşəm uğurlara və Prezident İlham Əliyevin liderliyinə hörmətlərini ifadə etdilər.

Somali Prezidenti Həsən Şeyx Mahmudun Səngəçal terminalına 2025-ci ildə səfəri zamanı Azərbaycanın uğur hekayəsini özündə əks etdirən bu simvolik əl izlərinə göstərilən marağın daha bir nümunəsinin şahidi oldum.

Somali Prezidenti Həsən Şeyx Mahmudun Səngəçal terminalına səfəri

Prezident Həsən Şeyx Mahmud Azərbaycanın davamlı inkişafını və əldə etdiyi uğurları Somalinin gələcəyi üçün inkişaf modeli kimi dəyərləndirirdi. Prezident İlham Əliyevin əl izi ilə bağlı xalq arasında yayılmış məşhur ifadə və onun simvolik mənası haqqında məlumat verdiyim zaman o, heyranlığını gizlətməyərək ucadan “Maşallah” dedi. Onun bu reaksiyası Azərbaycanın qazandığı uğurların və Prezident İlham Əliyevin liderliyinin beynəlxalq səviyyədə yaratdığı yüksək rəğbətin və hörmətin təzahürü kimi yadda qaldı.

Beləliklə, Prezident İlham Əliyevin Səngəçal Terminalında qoyduğu əl izi zaman keçdikcə dəmir yumruğa çevrilən siyasi iradənin və milli gücün rəmzinə çevrildi. Bu simvolik əl izi Azərbaycanın hərbi qüdrətini, xalqımızın milli birliyini və sarsılmaz qətiyyətini təcəssüm etdirərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin mənəvi simvolu kimi yadda qalıb.

44 günlük Vətən müharibəsi, həm də kökləri XIX əsrin əvvəllərinə gedib çıxan, Rus imperiyasının Qarabağ xanlığının işğalından sonra yerli azərbaycanlı əhalinin sıxışdırılıb çıxarılması siyasətinin tərkib hissəsi kimi İrandan və Osmanlı imperiyasından on minlərlə ermənini Qarabağ torpaqlarına köçürməklə bölgənin demoqrafiyasını dəyişən tarixi bir ədalətsizliyi aradan qaldırıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməklə dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenliyini təmin edib. Bununla da Azərbaycan son iki əsrlik tarixində ilk dəfə olaraq Qarabağı öz həqiqi tarixi, mədəni və etnik sahibinə - müstəqil Azərbaycan dövlətinin idarəçiliyinə qaytarmış oldu.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub