Qızıl oğrusu yaxalanmışdır
Bakı, 13 may (AZƏRTAC). Q.Qarayev prospektində Nurməmməd Məmmədova məxsus qızıl mağazasından oğurluğa cəhd göstərilmişdir.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin və Nizami Rayon Polis İdarəsi 25-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərmiş Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Qasımov yaxalanmışdır.
Aparılmış əməliyyat tədbirləri M.Qasımovun mayın 11-də Q.Qarayev prospektində Habil Süleymanova məxsus aptekdən 346 manat dəyərində dərman preparatlarını, Mahir Abbasova məxsus mağazanın kassasından 80 manatı və 79 nömrəli xətt avtobusunda Əvəz Bayramovun mobil telefonunu və 28 manatını oğurlaması da müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]