Qızıldan hazırlanmış ilk otel VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Vyetnamın Hanoy şəhərində 24 karatlıq qızılla içəridən və xaricdən bəzədilmiş dünyanın ilk otel tikilib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, sahəsi 5 min kvadratmetr olan binanın divarları Yaponiyadan gətirilən əsl qızılla üzlənmiş keramik plitələrlə hörülüb.
İyirmi beş mərtəbəli binada ümumilikdə 342 otaq var. Hətta buradakı qablar da qızıldan hazırlanıb. Bundan əlavə, otelin damında qızılı üzgüçülük hovuzu da fəaliyyət göstərir. Oteldə qiymətlər 300 dollardan başlayır.