Qızlar arasında voleybol üzrə Universitet birinciliyi keçirilib
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlar arasında voleybol yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə keçirilən yarışda 9 fakültədən 10 komanda iştirak edib.
3 gün davam edən turnirin finalında 1-ci yeri Fizika fakültəsi, 2-ci yeri İbtidai təhsil fakültəsi, 3-cü yeri isə Riyaziyyat fakültəsi qazanıb.
Yarışın sonunda qalib komandaya kubok və hədiyyələr, digər komandalara isə fəxri fərmanlar verilib.