Qobustanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət VIDEO
Qobustan, 1 may (AZƏRTAC). Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevə Ümummilli Liderin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verdi.