QONDARMA “ERMƏNİ SOYQIRIMI” MƏSƏLƏSİ KNESSETİN MÜZAKİRƏSİNƏ ÇIXARILMAYACAQDIR
Bir qrup deputat İsraildə mövcud olan demokratik şəraitdən istifadə edərək bəzi məsələlərə, eləcə də qondarma “erməni soyqırımı” məsələsinə istədikləri kimi münasibət bildirmişlər. Amma bu onların fikirləridir və İsrail dövlətinin və hökumətinin mövqeyini əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı sabiq səfiri Eytan Naye jurnalistlərə müsahibəsində demişdir.
Sabiq səfir bildirmişdir ki, dünyada bir çox qırğınlar olmuşdur, amma onların bəzilərinin hələ də sübuta ehtiyacı vardır. İsrail dövləti də bunu nəzərə alaraq qondarma “erməni soyqırımı” məsələsini tarixçilərin ixtiyarına vermişdir. Ona görə də bir neçə deputatın məsələni Knessetin müzakirəsinə çıxarmaq cəhdi baş tutmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]