SİYASƏT
Qriqori Karasin: “Biz Azərbaycanla münasibətləri yüksək qiymətləndiririk”
![Qriqori Karasin: “Biz Azərbaycanla münasibətləri yüksək qiymətləndiririk”](/files/2013/3/1200x630/14071450414309640910_1200x630.jpg)
Moskva, 18 oktyabr (AZƏRTAC). Stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Rusiya Azərbaycanla münasibətləri yüksək qiymətləndirir və əlaqələrin inkişafının sağlam məntiqinə və qanuna uyğun olaraq ehtiyatla hərəkət edəcəkdir.
Diplomat demişdir: “Biz istəmirik ki, baş vermiş hadisə münasibətlərimizin zərərinə şərh edilsin. Əminik ki, bu hadisənin istər Rusiyada, istərsə də Azərbaycanda millətçi meyillərin qızışdırılmasının qarşısını almağa təmkinimiz və sağlam düşüncəmiz çatacaqdır. Bizim mövqeyimiz budur və belə də qalacaqdır. Rusiya müxtəlif millətlərin nümayəndələri arasında maraqların tarazlığını yüksək qiymətləndirən çoxmillətli dövlətdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO
- 02.07.2024 [16:00]