Quba-Xaçmaz yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Quba, 10 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 10-u səhər saatlarında Quba-Xaçmaz yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər hadisə yerində ölüb.
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Qəzada yaralanan iki nəfər isə təcili-tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.