Qubada ağacəkmə kampaniyası çərçivəsində 1000-dən çox ting əkilib
Quba, 6 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 6-da Qubada Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mindən çox ağacın əkildiyi kampaniyanı Quba Rayon İcra Hakimiyyəti ilə 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi birgə təşkil edib. Rayonun Vəlvələçay inzibati ərazi dairəsində salınan yeni yaşıllıq zolaqlarında şam və küknar tingləri əkilib.
Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində davam etdiriləcək.