Quraq havaların mənfi təsirlərinin azaldılmasına həsr edilmiş elmi seminar keçirilib
Bakı, 6 fevral, AZƏRTAC
Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində cənub bölgəsinin fermerləri üçün quraq havaların mənfi təsirlərinin azaldılmasına həsr edilmiş elmi seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarda Mərkəzin direktoru Teyyub Rzayev və Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarından olan fermerlərə əlverişsiz iqlim amillərinin təsirlərinin azaldılması ilə bağlı tövsiyələrini verib. Həmçinin suya qənaət olunması, torpağın nəmliyini qoruyub saxlayan müasir texnologiyalar haqqında təqdimatlar ediblər.
Seminarın ikinci hissəsi tarla şəraitində davam etdirilib.