Qusarın həvəskar futbol klubu superkubok qarşılaşmasının qalibi olub
Quba, 10 iyul, AZƏRTAC
Qusarı təmsil edən həvəskar futbol klubu Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən superkubok qarşılaşmasının qalibi adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, superkubok uğrunda matçda Qusar rayonunun çempionu “Quxuroba” ilə region birinciliyinin qalibi adını qazanmış “Qadaşoba” (Xaçmaz) komandaları üz-üzə gəliblər.
Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada "Quxuroba" komandası 5:3 hesablı qələbə qazanaraq çempion olub.
Mükafatlandırma mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək qalibləri təbrik edib, ölkəmizdə idman sahəsində əldə olunan uğurlardan danışıblar.
Qalib komandaya Şimal Regional Futbol Federasiyası tərəfindən kubok və diplomlar təqdim edilib.
Müxbir - Elxan Yusifli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:05]
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
- 17.10.2026 [17:58]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub
- 17.10.2026 [17:31]
Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
- 17.10.2026 [16:15]
Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO
- 17.10.2026 [15:01]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [14:03]
Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO
- 17.10.2026 [13:48]
Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]