Quzanlıda futbol bayramlarının keçirilməsi bütün qarabağlıların istəyidir
Bakı, 11 may (AZƏRTAC). Quzanlıda futbol bayramlarının keçirilməsi təkcə mənim deyil, bütün qarabağlılıların istəyidir. Həmişə rayon əhalisi ilə görüş zamanı onlar “Qarabağ” futbol klubunun oyunlarını canlı izləmək istədiklərini bildirirdilər.
Bu sözləri 1975-1979-cu illərdə “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu Elbrus Abbasov demişdir. O bildirmişdir ki, bizim səsimizə səs verən, Azərbaycan futbolunun flaqmanı “Neftçi” oldu. Başda klub prezidenti Sadıq Sadıqov olmaqla “Neftçi” klubuna dərin minnətdarlığımı bildirirəm. Ağdamda oynamaq ideyası ortaya çıxan kimi S.Sadıqov dərhal buna razılıq verdi. Bu, hər kəsə örnək olmalıdır. Bir daha “Neftçi”yə bu addım üçün minnətdarlığımı bildirir və klubu vaxtından əvvəl çempion olduğuna görə təbrik edirəm. Onlara və digər klublarımıza Avropa arenasında uğurlar arzulayıram. Qarabağda futbolu çox sevirlər, orada futbol üçün darıxıblar. Ağdamda oynamaq hər cəhətdən vacibdir. “Qarabağ” ev oyunlarını burada keçirəndə Quzanlı Olimpiya İdman Kompleksinin tribunaları dolu olur. Əhali doğma klubunun oyununu izləmək üçün rayonun hər yerindən bura axışır. Bu həm də siyasi bir məsələdir. Düşmən bizdən cəmi 200 metr aralıdadır. Orada güllə səsləri eşidilir. Biz isə burada futbol oynayırıq. Qarabağı “Qarabağ”sız qoymaq olmaz. Quzanlı stadionunun öt örtüyü ideal vəziyyətdədir. Komandaların bura gəlməsində heç bir problem ola bilməz. Mən özüm artıq bir müddətdir ki, Ağdamda yaşayıram. Burada çox istedadlı uşaqlar var. Hazırda onları bir yerə toplayıb məşq keçirəm. İnşallah, gələcəkdə onların içindən layiqli futbolçular çıxacaq.
Xatırladaq ki, Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ”-“Neftçi” qarşılaşması mayın 13-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]