RABİTƏÇİLƏR QURTULUŞ GÜNÜNÜ YÜKSƏK NAİLİYYƏTLƏRLƏ QARŞILAYIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi 15 İyun - Qurtuluş günü ərəfəsində bir sıra tədbirlər həyata keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, birliyin müəssisələri tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) proqramının yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Dəvəçi Radio Televiziya Yayım Stansiyasında (RTYS), Siyəzənin Gilgilçay Radio Televiziya Stansiyasında (RTS), Daşkəsən RTS-də, Qazax rayonunun sərhədyanı ərazisində yerləşən Şıxlı RTS-də TV ötürücüləri quraşdırılmışdır.
Bununla yanaşı, Abşeron yarımadasında, Bakı və Sumqayıt şəhərləri ərazisində I respublika radioproqramının yayım keyfiyyəti yaxşılaşdırılmışdır. Bakı Teleqülləsində AzTV, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) proqramları ötürücülərinin anten-fider sistemlərində yenidənqurma işləri aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]