Radiasiya Problemləri İnstitutu alimlərinin məqalələri beynəlxalq jurnallarda dərc olunub
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimi dövründə sosial təcrid şəraitində fəaliyyət göstərirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Radiokimya laboratoriyasının alimləri 2019-cu ildə və cari ilin əvvəlində apardıqları çoxsaylı təcrübələrin nəticələri əsasında ümumiləşdirdikləri, elmi hesablamalarda əsaslandırdıqları təqdimatları onlayn rejimdə keçirilmiş beynəlxalq konfranslarda təqdim ediblər.
Bundan əlavə, Rusiyanın Dubna şəhərinə ezam edilmiş müəssisənin iki gənc alimi elmi fəaliyyətlərini məsafədən davam etdirir.
İnstitut alimlərinin cari ilin 4 ayı ərzində müxtəlif ölkələrin dövri elmi nəşrlərində ümumilikdə 11 məqaləsi dərc olunub.
Radiokimya laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədovun apardığı tədqiqatların nəticələrinə dair 5 elmi əsəri dərc olunub. O, yaxın günlərdə ABŞ-da onlayn rejimdə keçiriləcək “Neft mühəndisliyi yığıncağı” mövzusunda beynəlxalq elmi konfransa məruzəçi qismində dəvət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:08]
Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar
- 11.06.2026 [14:21]
Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan
- 11.06.2026 [11:16]