RADİKAL MÜXALİFƏTİN HƏRƏKƏTLƏRİ GÜRCÜSTAN İQTİSADİYYATINA MƏNFİ TƏSİR GÖSTƏRİR
Gürcüstan dəmir yolu, Rustavi metallurgiya kombinatı, Bolnisidəki Madneuli kombinatı, Gürcüstan avtomobil nəqliyyatı idarəsi, Tbilisi metropoliteni və onlarca digər müəssisələrin kollektivləri Prezident Eduard Şevardnadzeyə və müxalifət partiyalarının liderlərinə açıq məktub göndərərək, son günlər baş verən hadisələrdən təəssüfləndiklərini bildirir, hər iki tərəfi bir-birinə güzəştə gedib, milli mənafeləri hər şeydən üstün tutaraq, mövcud böhrandan çıxmaq üçün yollar axtarmağa çağırırlar. Onlar xəbərdarlıq edirlər ki, əks təqdirdə ölkədə sabitlik qarşıdurma ilə əvəz oluna bilər. Gürcüstan qarşıdurmanın dadını ötən əsrin 90-cı illərinin əvvəllərində görmüşdür və bu gün də həmin ağrılarla yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]