Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramin Əlizadə: Qalib dövlətin Zəfər Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır

Ramin Əlizadə: Qalib dövlətin Zəfər Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır

Bakı, 9 noyabr, AZƏRTAC

“Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində bayraq mühüm yer tutur. Dünyada elə dövlətlər var ki, onların bayraqlarında əks olunan elementlər ya çox sadə rəmzləri əks etdirir, ya da ümumiyyətlə reallığı əks etdirmir. Azərbaycan bayrağı isə tarixi kimliyimizi, dövlətçilik ənənələrimizin varisliyini vahid ideologiya şəklində rəmzləşdirir. Müqayisə üçün qeyd edək ki, Ermənistanın dövlət rəmzləri içərisində Ağrı dağının əks edilməsi əslində heç bir tarixi gerçəyə söykənmir. Qeyd edək ki, qədim zamanlardan çağdaş zamanadək Ağrı dağı ətrafında yaşayan türk tayfaları burada zəngin mədəniyyət yaratmış, elat həyat tərzi sürüblər”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib.

O bildirib ki, türk xalqlarının dövlətçilik rəmzləri zəngin tarixi-mədəni ənənələrə malikdir. Qeyd edib ki, Azərbaycan türklərinin min illər boyu yaşadığı Xəzər dənizi ilə Şərqi Anadolu arasında geniş coğrafiyada onlarla qayaüstü rəsmlər mövcuddur.

“Bu qayaüstü rəsmlərin içərisində əcdadlarımızın həyat tərzi və mənəvi dünyası ilə bağlı olaraq meydana gəlmiş abidələr mühüm yer tutur. Qobustandan Kəlbəcərə, Naxçıvana, İrəvana, Şörəyelə və Qarsadək türkün erkən yazı mədəniyyətinin təcəssümü olan bu abidələr sonrakı dövrlərdə Azərbaycan türkləri tərəfindən qurulmuş dövlətlərin hakimiyyət rəmzlərinə çevrilib. Yüzilliklər boyu regionda başlıca tədavül vasitəsi olan yerli pul nişanlarımızın üzərində də öz əksini tapıb. Azərbaycan bayrağının üzərindəki səkkizguşəli ulduzun erkən tarixi nümunələrinə Qobustanın, Qarabağın, Naxçıvanın, Zəngəzurun və Azərbaycanın cənubunda Qaradağ və Ərdəbil ətrafında qayaüstü rəsmlərin içərisində on min il bundan əvvəl əcdadlarımız tərəfindən həkk edilmiş ulduzlu səmanın, Göy Tanrıya inanc sisteminin rəmzi kimi rast gəlinir. Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində erkən dövlət qurumlarımızın əsasını qoyan Quti və Lullubi tayfalarının panteonunda Günəş, Ay və Ulduz inancları geniş yayılıb. Azərbaycanın müxtəlif yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində eradan əvvəl IV-I minilliklərdə Tunc və Dəmir dövrlərinə aid hakimiyyət rəmzləri olan səkkizguşəli ulduz, Günəş və Ay təsvirlərini əks etdirən döyüş bayraqları sayılan standart başlıqları aşkar edilmişdir. Eradan əvvəl IX əsrdə Urmiya gölünün cənubunda meydana gəlmiş qədim Azərbaycan dövləti olan Manna dövlətinin döyüş bayraqlarının təsvirlərinə Assuriya imperiyasının paytaxtı Nineviyanın saray rəsmlərində rast gəlmək olar”, - deyə Ramin Əlizadə əlavə edib.

O, Azərbaycan türkcəsində bayraq sözü ilə yanaşı tuğ, sancaq və ələm sözlərinin də geniş yayıldığını vurğulayıb: “Kitabi-Dədə Qorqud” dastanında tuğ türk boylarının hakimiyyət rəmzi kimi müqəddəs simgə kimi xatırlanır. Türk xalqları üçün tuğ, bayraq sancılan torpaq vətən torpağıdır. Buna görə də bayraq sözünün geniş yayılmış daha bir variantı sancaq adlanır. XI əsrdə tanınmış türk alimi Mahmud Qaşğarlının “Divani lüğət-it-türk” əsərində bayraq sözünü işlətməsi, əslində bu sözün ümumtürk sözü olmasını göstərir və “batırmaq” felindən qaynaqlanır. Orta əsrlər dövründə Azərbaycan türkləri tərəfindən qurulmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar kimi qüdrətli dövlətlərin bayraqları xalqımızın qədim dövlətçilik ənənələrinin nəsildən-nəslə ötürüldüyünü təsdiq edir. İstanbulda Topqapı Saray Muzeyində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin bayraqları saxlanılır. Azərbaycan Səfəvilər dövlətinin hakimiyyət rəmzləri içərisində Günəş, Ay və Ulduz elementlərinə rast gəlinir. Qeyd edək ki, əzəli türk torpağı olan müasir Ermənistan Respublikasının ərazisində ilk dalğalanan bayraq mərkəzi İrəvan olan Çuxursəd bəylərbəyiliyinin hakimlərinə məxsus olmuşdur. Bu bəylərbəyiliyi idarəedən hakimlər Azərbaycan türklərinə mənsub olub. XVIII əsrin ikinci yarısında İrəvan xanlarının bayrağının olması onların müstəqilliyini göstərirdi. Qeyd edək ki, bu tarixi faktlar müasir Ermənistan Respublikasının ərazisinin əsl sahiblərinin kimliyini də müəyyən etməyə imkan verir. Üç yüz il bundan əvvəl müasir Ermənistan ərazisində Azərbaycan türklərinin bayrağı dalğalanmışdır. 1918-ci ilin mayında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra mühüm tədbirlərdən biri də müstəqil hakimiyyət rəmzi kimi bayraq haqqında qərarın verilməsi oldu. 1918-ci il iyunun 21-də əvvəlcə qırmızı rəngdə, ortasında isə ağ rəngdə aypara və səkkizguşəli ulduz təsviri olan Azərbaycan bayrağı qəbul edildi. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin məruzəsi ilə Azərbaycanın mavi, qırmızı və yaşıl rəngli, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan yeni bayrağı qəbul edildi. Mavi rəng Azərbaycan xalqının türksoylu olmasını, qırmızı rəng müasirliyini, yaşıl rəng isə İslam mədəniyyətinə mənsub olmasını ifadə edir. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdə dövlət rəmzlərindən biri olan üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi əsas qanunla müəyyən edildi”.

“Azərbaycan bayrağının tarixində ən önəmli günlər şübhəsiz ki, qalib dövlətin Zəfər Bayrağı kimi işğaldan azad edilmiş torpaqlarımızda dalğalandığı bu günlərdir. 2020-ci ilin payızında 44 günlük Vətən Savaşında Müzəffər Ordumuz işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızı ucaltmaqla Azərbaycanın haqq savaşını və ərazi bütövlüyünü bütün dünyaya bəyan etdi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad zamanı ən yüksək məqamda Azərbaycan bayrağının dalğalanması Qarabağın əsl sahiblərinin kim olduğunu bir daha göstərdi”, - deyə Ramin Əlizadə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar