REGİONLAR
REGİONAL MƏSLƏHƏT MƏRKƏZLƏRİNİN ŞƏBƏKƏSİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi”nə uyğun olaraq Xaçmaz rayonunda torpaq mülkiyyətçiləri və kənd təsərrüfatı məhsulları istehsalı və emalı ilə məşğul olan digər sahibkarlar üçün Regional Məsləhət Mərkəzi yaradılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən bildirmişlər ki, bu layihədə respublikamızda 10 regional məsləhət mərkəzi açmaq nəzərdə tutulmuşdur. Bu mərkəzlər fermerləri veb-sayt və məlumat bazaları vasitəsilə zəruri informasiya ilə təmin edəcək, yaşadıqları ərazini tərk etmədən maraq doğuran hər hansı məsələ barədə bilgi almaq imkanı yaradacaqdır.
Göyçay rayonunda da belə bir mərkəzin yaradılması başa çatmaq üzrədir.