Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür - ŞƏRH

Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür -  ŞƏRH

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin aparıcı üzvüdür və regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. 20-25 il öncədən uzaqgörənliklə, ardıcıl şəkildə həyata keçirilən siyasətin nəticəsi olaraq formalaşmış müasir infrastruktur təminatı, şəffaf və çevik idarəetmə, eləcə də Azərbaycanın regionda və dünyada güclənən mövqeyi belə deməyə tam əsas verir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov AZƏRTAC-a şərhində bildirib.

O vurğulayıb ki, hələ uzun illər öncədən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş davamlı və sistemli qərarlar nəticəsində bu gün ölkəmiz istənilən növ daşımanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir.

“Ölkəmiz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmasına malikdir, 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və biri də tikilməkdədir. Bütün bunlarla yanaşı, Azərbaycanın 115 min tonluq “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adlı tankerləri Qara dənizdə daşımaları həyata keçirir. Azərbaycan regionda ən böyük gəmiqayırma zavoduna malikdir və Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bilir. Hələ uzun illər öncədən Ələtdə 4 hektar ərazidə böyük bir terminalın yaradılmasına başlanılıb və s. Artıq 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir. Yalnız 2021-ci ildə Çin-Avropa arasında, hər iki istiqamət üzrə ümumilikdə dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020-2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350 min – 530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb. Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. 2021-ci illə müqayisədə 2022-ci ildə ümumilikdə “Şimal-Cənub” dəhlizi ilə yükdaşımalarda 90 faiz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta dəhliz üzrə daşımalarda isə 41 faiz artım olub. Orta dəhliz Çin və Avropa arasında daşınan yüklərin cəmi 3-5 faizini təşkil etsə də, Şimal dəhlizində yaranan nasazlıq, regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar səbəbindən Orta dəhliz üzərindən daşınmaların təqribən 15-20 faizədək, hətta daha çox artacağı gözlənilir”,- deyə şöbə müdiri qeyd edib.

Aqil Əsədov qeyd edib ki, ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə 2023-cü ildə 32,8 milyon ton yük daşınıb ki, bunun da 53 faizi “Şərq-Qərb”, 28,3 faizi “Şimal-Cənub”, 18 faizi “Şimal-Qərb”, 0,7 faizi isə “Cənub-Qərb” nəqliyyat dəhlizinin payına düşür: “Dəhlizlər üzrə daşınan yükün 56,8 faizini tranzit yüklər təşkil edib. 2023-cü ildə beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşınmasından 555,4 milyon manat gəlir əldə edilib ki, bunun da 62,2 faizi tranzit yük daşınmalarının payına düşür. Bununla belə, qeyd edilənlər potensial imkanları tam əks etdirmir və dəhlizlər üzrə daşınmaların bir neçə dəfə artırılması imkanları mövcuddur. Dəhlizlərə yük cəlbediciliyində əsas problem kimi dəhlizlər üzərində koordinasiyanın gücləndirilməsi və vahid (uzlaşdırılmış) idarəetmənin olması göstərilirdi. Prezidentin qəbul etdiyi qərarla Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması məhz nəqliyyat sektorunda, daşıma tariflərində vahid yanaşmanı, müxtəlif nəqliyyat növləri arasında uzlaşmanı, korporativ maraqlardan ümumi maraqlara keçidi təmin edəcək. Dövlət başçısının müsahibədə səsləndirdiyi “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur” fikirləri bir daha onu göstərir ki, Zəngəzur dəhlizi reallıqdır. Hələlik Zəngəzur dəhlizinə Ermənistan qısqanclıqla yanaşsa da, bu, Azərbaycan ilə yanaşı region dövlətlərinin, eləcə də Avropanın, dünyanın marağında olan bir layihədir və yaxın gələcəkdə reallaşması qaçılmazdır. Dövlət başçısının “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik” kimi qətiyyətli fikirləri o deməkdir ki, heç bir kənar təsir, Ermənistanın vaxt qazanmaq üçün yersiz bəhanələri, davamlı şəkildə xarici havadarlarından silahlar alması qalib Azərbaycanın qarşısını kəsə bilməz. Gözləntilərə gəldikdə isə Zəngəzur dəhlizi, əksər region dövlətləri üçün uzunmüddətli perspektivlər vəd etməklə yanaşı, Azərbaycanın da tranzit imkanlarını genişləndirəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya edəcək Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan biri kimi diqqəti cəlb edir. Çindən Avropaya və əksinə daşımaların ən qısa marşrutunu təmin edən Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri də türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi imkanları ilə bağlıdır. 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi həm dəmir, həm də avtomobil yolları ilə Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Zəngəzur dəhlizinin nəqliyyat, kommunikasiya, infrastruktur layihələri nəinki bütün Türk dünyasını birləşdirəcək, həmçinin bu dəhlizin açılması Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevrilməklə, qlobal dəyər zənciri formalaşdıracaq”.

Şöbə müdiri diqqətə çatdırıb ki, yalnız son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

“Bakı şəhərində və ətraf ərazilərdə yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı proqram həyata keçirilib, yeni yollar salınıb, çoxsaylı yol ötürücüləri tikilib və s. Hazırda Bakıda cəmi 750 min avtomobil var və bu o qədər də böyük rəqəm deyil. Əhalinin hər 1000 nəfərinə cəmi 250 avtomobil düşür. Məlumat üçün qeyd edim ki, bir çox ölkələrdə 1000 nəfərə 600-dən çox maşın düşür. Məsələn, Almaniyada 1000 nəfərə 675 avtomobil düşür. Deməli, Bakının tıxacı avtomobillərin sayı ilə bağlı deyil. Tıxacların əsas səbəblərindən biri sürücülərin avtomobili düzgün idarə etməməsidir. Çünki 4 zolaqlı yolda heç vaxt avtomobillər 4 zolaqla getmir. Bəzən 4 zolaqlı yolda avtomobillərin 6-7 zolaqla düzülüb getdiklərinin şahidi oluruq. Əgər sürücülər yollardakı zolaqların tələblərinə əməl etsələr, Bakıda tıxac xeyli azalar. Qaydalara əməl edilmir, bu zaman qəza qaçılmazdır, nəticə isə uzun tıxacın yaranmasına gətirib çıxarır. Ona görə də tıxacların azaldılması üçün kütləvi və davamlı maarifləndirmə, maarifləndirici televerilişlər, nəşr materialları zəruridir”, - deyə o bildirib.

Aqil Əsədov əlavə edib ki, digər vacib məsələ yol kənarında parklanmalarla bağlıdır: “Ümumilikdə, şəhərsalma və nəqliyyat planlamasının daha səmərəli uzlaşdırılması mümkün və lazımdır. Avtomobillərin parklanması hər zaman diqqətdə saxlanmalı və yol cibləri xüsusi ərazilər ilə hərəkət hissəsindən çıxarılmalıdır. Nəhayət, insanların ictimai nəqliyyatdan istifadəsi stimullaşdırılmalıdır. Daha cəlbedici qiymətlərlə həftəlik, aylıq, illik gediş kartları satışa çıxarılmalıdır. Taksilərə ictimai nəqliyyat statusu verilməklə, avtobus zolaqlarına giriş hüququ verilməlidir və s.

Bütün bunlarla yanaşı, Bakı şəhərində kiçik və orta tutumlu metrobusların tətbiqi, şəhərin müəyyən ərazilərinə avtomobil buraxılışlarına məhdudiyyətlərin tətbiqi də mümkündür və nəzərdən keçirilə bilər. Məsələn, məhdudlaşdırılan ərazilərə həftənin cüt günləri cüt nömrəli, tək günləri tək nömrəli avtomobillərin girişinə icazə verilə bilər. Qeyd edilənlərlə yanaşı, hesab edirəm ki, davamlı maarifləndirmənin aparılması həm yol-hərəkəti qaydalarına əməl edilməsi, həm də ictimai nəqliyyatdan istifadə baxımından əlverişli ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb