Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub
Bakı, 21 yanvar, AZƏRTAC
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yanvarın 21-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
DSCOVR kosmik aparatının ölçmələri Günəş küləyi parametrlərinin nominal səviyyədə olduğunu göstərib. Günəş küləyinin sürəti saniyədə 340 -385 kilometr təşkil edib. Geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub.
Günəş fəallığının növbəti üç gün ərzində (21-23 yanvar) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (21-23 yanvar) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (21-23 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (21-23 yanvar) Günəş küləyi parametrlərində nominal rejim davam edəcəyi, geomaqnit sahənin sakit rejimdə qalacağı proqnozlaşdırılır.