Respublika Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis edib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.
İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı Sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb, təkliflər verilib. Həmin Sərəncamın icrasına uyğun olaraq, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsilə veteranlara və gənclərə mütəmadi olaraq maddi yardım ediləcək.
Eyni zamanda, iclasda ittifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı (pullu mükafat) təsis olunub. Mükafat hər il 2 avqust - Milli Kino Günündə yaradıcılıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.
Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, kino sahəsində çalışan 30-dan çox yaradıcı şəxslər ittifaqa üzv qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]