RESPUBLİKA SEMİNAR MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Seminar –müşavirədə Respublika Təhsil Nazirliyinin, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun, Dünya Bankı təhsil proqramlarının, “İctimai Fəal Məktəblər” pilot layihələrini həyata keçirən Bakıdakı 189 saylı, Gəncədəki 17 saylı orta məktəblərin, “Bilik” cəmiyyətinin Gəncə bölməsinin, Lənkəran Dövlət Universiteti Təhsil Məlumat Mərkəzinin, Lənkəran “Regional İctimai Fəal Məktəblər” şəbəkəsinə daxil olan təhsil müəssisələrinin, Dünya Bankının, “Təhsildə bərabər imkanların yaradılması” layihəsi üzrə Əli-Bayramlı, Ucar və İsmayıllı pilot rayonlarının nümayəndələri iştirak etmişlər.
Müşavirədə “Regional İctimai Fəal Məktəblər” layihələrinin təqdimatı olmuşdur. Natiqlər “Regional İctimai Fəal Məktəbləri”in ərazidə təhsil müəssisələri ilə ictimaiyyət arasında əlaqələrin, birgə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsində rolundan söhbət açmış, regionlarda ictimai fəal məktəb modelinin planlaşdırılmasını, qiymətləndirilməsini, öyrədilməsini, tətbiqini və yayılmasını həyata keçirən təhsil müəssisələrinin rolundan və bu sahədə qarşıda duran vəzifələrdən danışmışlar.