Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKANIN ENERJİ TƏCHİZATI PROBLEMLƏRİ İLƏ ƏLAQƏDAR MÜŞAVİRƏDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

-Hörmətli müşavirə iştirakçıları!

Mən müşavirə başlanarkən sizə onun məqsədini çatdırdım və bildirim ki, bu gün biz həm mövcud vəziyyəti təhlil edirik, həm də bundan sonra görüləsi işlər haqqında lazımi tədbirlər görürük və görmək istəyirik. Düzdür, vaxt çox getdi - üç saat. Bəzi natiqlər də həddindən artıq çox danışdılar. Ancaq mənə belə gəlir ki, burada olan söhbətin hamısı faydalıdır, əhəmiyyətlidir. Yəni mən heç kəsə imkan verməzdim ki, boş danışıq aparsın və boş danışıq da yoxdur.

Düşünürəm ki, biz Azərbaycanda ölkəmizin enerji ilə təmin olunması ilə əlaqədar indiyə qədər gördüyümüz tədbirlərin, bir tərəfdən, nəticələrini müşahidə edirik, ikinci tərəfdən də, bundan sonra hansı tədbirləri görməliyiksə, onları müəyyən edirik. Buradakı çıxışlardan, müzakirələrdən gördüm ki, onların artıq çoxları məlumdur.

Əgər Azərbaycanın elektrik enerjisi ilə təchizatı haqqında danışsaq, - bu gün bu barədə çox deyildi, - qısaca onu demək olar ki, bizim ölkəni elektrik enerjisi ilə fasiləsiz təmin etmək imkanımız var. Bunun üçün bizim lazımi qədər elektrik enerjisi istehsal edən müəssisələrimiz var. Bunların böyük bir qismi keçmişdən qalıbdır, 1970-1980-ci illərdə tikilibdir və indi də istifadə edilir, təmir olunur. Bir qismi isə son illərdə, yəni Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tikilibdir. Mən bunları deyə bilərəm: Yenikənd Su Elektrik Stansiyası, şəhərin Xətai rayonunda 100 meqavatlıq 1 nömrəli İEM. Yaponiyadan alınmış kreditlər əsasında “Şimal” DRES-də buxar-qaz qurğusunu tikib hazırlamışıq. Artıq o, işləyir. Mənə deyilənə görə, təxminən 200-250 meqavat elektrik enerjisi verir. Elədirmi?

ARTUR RASİZADƏ: Bəli.

HEYDƏR ƏLİYEV: 250 meqavat elektrik enerjisi az deyil, bu, böyük artımdır. Biz Yaponiyadan 90 milyon dollar kredit götürdük, Sumqayıtda da tikdik. Əgər səhv etmirəmsə, bütün elektrik stansiyalarının tikilməsi üçün təxminən 600 milyon dollara qədər kredit götürmüşük. Bu, az vəsait deyil. Bilirsiniz, dünyanın bu vaxtında bu qədər kredit götürmək, onun altına girmək və elektrik stansiyaları yaratmaq asan məsələ deyildir.

Mən iki gün bundan öncə baxırdım, Rusiyada ölkənin elektrik enerjisi ilə təmin edilməsi barədə Çubaysın danışığını “Vremya” proqramında bir balaca göstərdilər. Bilmirəm, sən gördün, yoxsa yox?

ARTUR RASİZADƏ: Bəli, gördüm.

HEYDƏR ƏLİYEV: Mən belə anladım ki, bu illərdə Rusiyada yeni bir elektrik stansiyası tikilməyibdir. Düzdür, onlarda çox böyük elektrik stansiyaları var idi, hansılar ki, elektrik enerjisi istehsal edib, bütün SSRİ-yə verirdi. O cümlədən oradan biz də çox alırdıq. Onlar var, təmir ediblər. Ancaq hər halda, mən bunu eşidəndə fikirləşdim ki, demək, biz bu sahədə öz miqyasımıza görə az iş görməmişik.

Ancaq bunlar da yetərli deyil. Biz “Şimal” DRES-in ikinci növbəsini mütləq tikəcəyik və Yaponiyadan güzəştli kredit almaq imkanımız var. Mən o vaxt danışmışdım ki, indiki elektrik stansiyalarının bəzilərinin dayandırılması, bəzilərinin yenidən tikilməsi barədə proqram hazırlayın. Məsələn, Sumqayıtda yeni elektrik stansiyasının tikilməsi haqqında təkliflər var idi. Deyəsən, Pirverdiyev deyirdi ki, 160 milyon dollar kredit almaq lazımdır. Sən onu deyirdin?

ETİBAR PİRVERDİYEV (“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti): Bəli.

HEYDƏR ƏLİYEV: Əgər o realdırsa, bunu alıb tikmək lazımdır. Orada neçə meqavat güc olacaqdır?

ETİBAR PİRVERDİYEV: 400 meqavata qədər.

HEYDƏR ƏLİYEV: Demək, onu da etmək lazımdır. Çünki bizim bəzi stansiyalar, məsələn, Sumqayıtdakı, Əli Bayramlıdakı stansiyalar artıq köhnəliblər. Acıq demək lazımdır ki, biz bunları böyük çətinliklə və böyük cəsarətlə işlədirik. O gün Əli Bayramlı elektrik stansiyasında elə bir hadisə baş verdi ki, mənə dedilər, bizim bütün elektrik şəbəkəsinə çox mənfi təsir etdi. Ona görə də bu sistem daim inkişaf etməlidir, daim təkmilləşdirilməlidir.

Ancaq mən bu gün müzakirələrdə sual verirdim. Bir var, bizim elektrik enerjisi istehsal etmək imkanlarımız, bir də var ki, bu elektrik enerjisini istehlakçılara catdırmaq və itkilərə yol verməmək. Əgər indi bu elektrik stansiyalarının tikilməsi ilə yanaşı, biz ötürücü xətləri də, transformatorları da, başqa qurğuları da təzələyə bilsək, yaxud bir çoxunu təmir edə bilsək, itkilərin qarşısını ala bilsək, heç olmasa itki keçmişdəki səviyyəyə, yəni 8 faizə düşsə, çox şey qazanarıq. Deyirsiniz ki, indi 20 faizə yaxındır, demək, istehsal olunan hər 100 meqavat enerjinin 20 meqavatı itkiyə gedir, halbuki, 20 meqavat elektrik enerjisi ilə böyük iş görmək olar. Ona görə bizim qarşımızda duran vəzifə bu məsələlərin hamısını kompleks həll etməkdir.

Bu müzakirələr bir də onu göstərdi ki, biz elektrik stansiyalarının tikilməsi barədə işlər görmüşük və perspektivdə də bu işlər var. Ancaq ötürücü xətlər, transformatorlar, şəbəkələr və sair ikinci dərəcəli səviyyədə qalmamalıdır. Əgər onlar elə qalsa, nə qədər çox elektrik enerjisi istehsal etsək də, istədiyimizə nail ola bilməyəcəyik. Çünki o itkilərin qarşısını ala bilməyəcəyik, həmin bərbad vəziyyətdə qalan şəbəkələr, transformator təsərrüfatı daim, - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı danışdı ki, transformator yandı, bir mikrorayon bir sutka işıqsız qaldı, - belə vəziyyətdə olacaqdır. Ona görə də bu məsələlər də paralel həll edilməlidir.

“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidentinin bu barədə təklifləri var. Amma mən sənə demişəm, bu tapşırığı bir də təkrar edirəm. Mən demirəm ki, indi bu, təcili bir işdir, amma yaxın gələcəyimiz üçün çox vacibdir. Sən bunların hamısını topla, geniş bir proqram tərtib edin. Elə olmasın ki, bu gün bunu etdik, sevindik ki, bunu etmişik. Sabah o birisini etdik, o da bizə sevinc gətirdi. Proqram hazırlayaq, görək onu nə qədər vaxta yerinə yetirə biləcəyik və həyata keçirək.

Ancaq indi istehsal olunan elektrik enerjisinin istifadə edilməsində, təbiidir ki, burada oturanların hamısının məsuliyyəti var. İndi nəyimiz var, odur. Yəni elektrik stansiyalarımız da budur, dediyim kimi, bunların yetərli gücləri var. Şəbəkələr də məlumdur, transformatorlar da məlumdur. İndi nizam-intizamı, qanun-qaydanı möhkəmləndirmək lazımdır. Hər şey idarə olunmalıdır və hər bir xırda hadisə dərhal nəzərə alınmalıdır, ölcü götürülməlidir. Hesab etmək olmaz ki, qışın soyuq dövrü keçibdir. Yox, keçməyibdir. Düzdür, iki gündür yağış yağır, qar əriyir. Amma hələ soyuqlar qarşıdadır. Bu, birincisi. İkincisi, təkcə Bakıda öz evimizin ətrafını görərək, respublikanın vəziyyətini qiymətləndirə bilmərik ki?! Biz bütün respublikada, hər bir bölgədə olan vəziyyəti qiymətləndirməliyik və hər bir bölgə üçün lazımi tədbirlər görməliyik. Burada Bakı şəhəri xüsusi yer tutur.

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu vəzifəyə təyin olunandan xeyli işlər görübdür. Bunu qeyd etmək lazımdır. Elə bizim küçələrin asfalt örtüyünün təzələnməsi, təmizlənməsi, qaydaya salınması şəhərin görünüsünü nə qədər dəyişdiribdir. Təkcə görünüşü deyil, ümumiyyətlə, şəhər təsərrüfatının keyfiyyəti yüksəlibdir. O, kanalizasiyalar haqqında dedi.

Biz vaxtilə, 1970-ci illərdə Bakının kanalizasiya sistemi ilə bağlı böyük proqram tərtib etmişdik ki, onu həyata keçirək. Beləliklə də oradan-buradan keçən kanalizasiya xətlərini ləğv edək və bunların hamısı Hövsana getsin. Orada da təmizləmə sistemi yaradılmalı idi ki, kanalizasiya suları təmizlənsin, sonra Xəzər dənizinə buraxılsın. Amma bu, yerinə yetirilmədi. Dünənə qədər mən bulvara gedirdim, - indi ona Milli park adı vermişik, - paraşüt qülləsindən bir az bu tərəfə gələndə üfunət başlayırdı. Çünki niyə? Camaatın istirahət etdiyi yerin, parkın kənarında üç yerdən dənizə şəhərin bütün kanalizasiyasının suyu tökülürdü. Mən bunu ilk dəfə deyildi ki, görmüşdüm. Mən onu üç il bundan qabaq da görmüşəm, beş il bundan əvvəl də görmüşəm. Ancaq mənim bu barədə verdiyim göstərişlər yerinə yetirilmirdi. Mən də gedib onu hər gün yoxlamayacağam ki. İldə bir dəfə düşəndə, Milli parka gedirsən. Gəlirsən, görürsən, narahat olursan, göstəriş verirsən. Bəli, yerinə yetirəcəyik. Zaman keçir, yerinə yetirilmir. Amma mən göstəriş verdim, o, başqa yerlərdən gələn kanalizasiya xətlərini qısa bir müddətdə buradan götürdü. Demək, bu, iki-üç ayın işi imiş. Elədirmi?

HACIBALA ABUTALIBOV:Bəli.

HEYDƏR ƏLİYEV: Bu, Bakıya, əhaliyə, insanlara lazımdır. Kanalizasiya sahəsində görülən bu işlər təqdirəlayiqdir. Ancaq gərək sən Bakının kanalizasiya problemini köklü surətdə həll edəsən. Nə edirsən, et, təkliflərini ver, hansı yardım lazılmdırsa, sənə edək. Bu kanalizasiya məsələsini köklü həll et ki, kanalizasiya o evin yanından keçdi, bunun altından keçdi, oradan keçdi - belə olmasın- bunun müəyyən böyük yolları olsun, hamısı dediyimiz yerə getsin və Bakıda bu problem biryolluq həll olunsun.

O ki qaldı küçələrin qaydaya salınması məsələsi, sən onu da edirsən. Güman edirəm, havalar düzələndən sonra davam etdirəcəksən. İndi küçələrdə avtomobillə gedəndə adam özünü daha da rahat hiss edir. Elədir, yoxsa yox?

ARTUR RASİZADƏ: Bəli, elədir.

HEYDƏR ƏLİYEV: Buradan aeroporta gedirsən, heç hiss etmirsən ki, avtomobillə gedirsən. Axı, bu da çətin bir məsələ deyilmiş. Murtuz müəllim, elədir?

MURTUZ ƏLƏSGƏROV \Milli Məclisin sədri\: Bəli.

HEYDƏR ƏLİYEV: Düzdür, bunun parlamentə aidiyyatı yoxdur. Sadəcə, deyirəm, sən də aeroporta gedirdin, mən də aeroporta gedirdim, taq-tuq, taq-tuq idi. Amma indi maşın gedir, heç hiss etmirsən. Bunlar hamısı yaxşı hallardır. Mən bunları dəstəkləyirəm.

Biz metropolitenin 35 illiyini keçirdik. Orada lazımi tədbirlər görülür, bundan sonra da görün. Çünki qışın bu ağır vaxtında şəhər əhalisinin əksəriyyətini xilas edən metropoliten oldu. Onlar məlumat vermişdilər ki, guya metropolitenlə əhalinin 30 faizi gedib-gəlir. Amma mənə belə gəlir ki, metropolitendən insanlar daha çox istifadə edirlər.

TAĞI ƏHMƏDOV \Bakı Metropoliteninin rəisi\: Cənab Prezident, son günlər hər gün 450 mindən çox adam gedib-gəlir.

HEYDƏR ƏLİYEV: Bəli, orada qanun-qaydanı daha da düzəldin. Hər halda, şəhər təsərrüfatı inkişaf etməlidir, şəhərimiz gözəlləşməlidir.

Burada qaz haqqında danışıldı. İndi biz Neft Şirkətindən asılıyıq ki, onlar nə qədər qaz çıxarırlar. Onlar artıq söz verdilər. Artur Rasizadə, sən buna nəzarət edəcəksən, onlar yeni quyular qazsınlar ki, biz qaz hasilatını artıraq. Bir də Rusiyadan gələn qazı mümkün qədər artırmaq lazımdır ki, qazla təminat məsələsi həll olunsun.

Su təchizatı haqqında danışdıq. Bilirsiniz, gərək hər bir sakin, hər bir insan şəhər haqqında düşünsün, yaşadığı yer, küçə, ev haqqında düşünsün. Amma biz isə bütün respublika haqqında düşünürük və düşünməliyik.

Mən bir neçə gündür ki, şəhərdə elektrik enerjisi və qaz təchizatı məsələsindən çox narahat idim. Artur Rasizadəyə tapşırmışdım. O, srağagün bu işlə bir az məşğul oldu. Mən sizi bu gün burada topladım ki, vəziyyəti özüm bilim, siz də biləsiniz. Bir də ki, hamınız bu işə səfərbər olasınız. Biz- xalqımız, millətimiz Avropa dəyərlərini qəbul edib bu istiqamətdə inkişaf etmək istəyirik. Avropa dəyərləri çox böyük sahəni əhatə edir. Bunun ən böyük hissəsi insanların yaşayışıdır, ev şəraitidir və yaşadığı yerlərə göstərilən münasibətdir.

 

Məsələn, bizdə elektrik enerjisi çatmır, şikayət edirlər ki, şadlıq evlərində səhərə qədər işıq yanır. Elektrik enerjisi çatmır, bəzi yerlərdə isə bir lampa əvəzinə beşini yandırır, pulunu da vermirlər. Amma Avropada belə şey yoxdur. Elə bizim üçün daha yaxın olan, - təbiidir, o da Avropa ölkəsidir, Avropa Birliyinə daxil olacaqdır, - Türkiyəni götürün. Mən orada dəfələrlə soruşmuşam. Əgər orada kimsə elektrik enerjisinin pulunu beş gün vermirsə, elektrik enerjisi kəsiləcək. O, şəhid atasıdır, şəhid anasıdır, müharibə əlilidir, yaxud köçkündür, qaçqındır - fərqi yoxdur. İstanbul şəhərində 12 milyon əhalinin xeylisi gecəqondularda yaşayır. Bilirsiniz də, gecəqondular nədir, biz “samostroyka” deyirik, kasıbdırlar, evləri yoxdur, orada yaşayırlar. Amma elektrik enerjisinin pulunu verməsə, kəsəcəklər. Baxmayaraq ki, o, kasıbdır.

Amma biz buna nə qədər dözəcəyik? Metrodan camaat güzəştlə istifadə edir. Elektrik enerjisini güzəştlə veririk, o qədər güzəştdir ki, heç belə güzəşt ola bilməz. Qazı güzəştlə veririk. Elektrik enerjisindən istifadəyə görə yığılmayan pul 230 milyon dollar təşkil edir.

ARTUR RASİZADƏ: Cənab Prezident, elektrik enerjisinin pulunu yığmış olsaydıq, büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin əmək haqlarını 80 faiz, pensiyaları isə 2,6 dəfə birdəfəlik qaldırmaq olardı.

HEYDƏR ƏLİYEV: Yaxşı, ay bizim vətəndaşlar, gəlin bu elektrik enerjisinin pulunu verin. Onsuz da bu, heç yerə getməyəcək, bizim büdcəyə gələcəkdir. Büdcə də artanda bizə imkan verəcəkdir ki, insanların maaşını qaldıraq.

Məsələn, mən bəyan etmişəm, 2003-cü ilin büdcəsinə görə, demək olar ki, bütün sahələrdə maaşları qaldıracağıq. Ancaq əgər 230 milyon dollar bir ildə gəlsə... Hələ qazdan nə qədər gəlmir, sudan nə qədər gəlmir - bunları demirəm. Amma heç bir ölkədə belə bir şey yoxdur. Avropa dəyərləri bununla uzlaşmır. Avropa Birliyinə girən ölkələr bu cür yaşaya bilməzlər. Amma biz də Avropa Birliyinə girməyə hazırlaşmalıyıq. Biz Avropanın bir hissəsiyik. Avropada olmaq, nə bilim, elə seçkidən ibarət deyildir. Görürsünüz, nə qədər tələblər var. Onların hamısını yerinə yetirmək lazımdır. Biz neçə ildir ki, bu güzəştləri vətəndaşlarımıza edirik. İndi də məcburuq ki, edək. Ancaq mən bu gün burada iştirak edənlərin hamısına və bütün bu işlərə məsul olan şəxslərə bir də tapşırıram ki, bu barədə səylərini artırsınlar və biz bu sahədə yavaş-yavaş Avropa dəyərlərinə yaxınlaşaq. Ona görə də elektrik enerjisinin, qazın qənaətlə işlədilməsi, onların haqqının verilməsi indi bizim üçün əsas məsələlərdən biridir.

Mən bu gün ancaq Hacıbala Abutalıbov ilə dialoq aparırdım. Ancaq burada bütün rayonların icra hakimiyyətlərinin başçıları iştirak edirlər. Bu təbiidir, onlar öz vəzifələrini bilirlər. Mən yeni bir şey deməyəcəyəm. Rayon icra hakimiyyətinin başçıları rayonun bütün məsələlərinə cavabdeh olsunlar. Təkcə Bakıda yox, bütün respublikada, hər bir rayonda, hər bir şəhərdə, hər bir qəsəbədə. Xüsusən ilin belə ağır dövründə bizim yerli icra hakimiyyəti orqanlarının başçıları gərək həddindən artıq səfərbər vəziyyətdə olsunlar. Gecə-gündüz işləmək lazımdır. Hər şeyə nəzarət etmək lazımdır. Hər şeyi bilmək və meydana çıxan çətinlikləri aradan qaldırmaq lazımdır.

Qış vaxtı soyuq hamıya təsir edir. Lap evində yaxşı istilik olan adama da eşiyə çıxanda təsir edir. Biz də burada isti yerdə oturmuşuq. Amma gəlin, qaçqın düşərgələrindəki, çadırlardakı insanların vəziyyətini təsəvvür edək. Bilirsiniz, əgər insanın bir mənzili varsa, onun divarları var, döşəməsi-tavanı var, evdə əşyası var. Soyuqdur, istiliyi azdır, ya yoxdur, yaxud bir-iki saat elektrik enerjisi kəsilibdir- bəzisi buna dözmür. Ancaq bəs, o qaçqın vəziyyətində yaşayan insanlar, çadırlarda olan insanlar bunlara necə dözürlər?! Mən həmişə, xüsusən bu soyuq günlərdə hər gün, hər dəqiqə o qaçqınlar haqqında, onların vəziyyəti haqqında düşünürəm.

Bizim hamımız bu cür ağır vəziyyətdə ötüşə bilərik. Evin soyuqdur, üstünə iki yorğan at. Belə şeyləri biz çox görmüşük. Yaxud yatanda corabını çıxarma. Məsləhətlər verirəm. Əli İnsanov təsdiq edər ki, mənim məsləhətlərim düzdür. Çünki evin var, döşəyin, yastığın var, hətta mebelin var, yemək bişirməyə imkanın da var. Amma o çadırda nə var? Ona görə biz o insanlara ömrümüz boyu minnətdar olmalıyıq ki, onlar belə vəziyyətə dözürlər. Bu gün bir daha bildirmək istəyirəm- mənim gecə-gündüz iş fəaliyyətimin əksər hissəsi ona yönəlibdir ki, münaqişə həll olunsun. İşğal olunmuş torpaqlarımız azad edilsin, o insanlar öz yerlərinə qayıtsınlar. Ondan sonra biz onların yeni həyatını quraq.

Məsələn, işğaldan azad edilmiş rayonlarda Avropa Birliyinin hesabına, Yaponiyanın qrantları hesabına, başqa hesablara nə qədər evlər, binalar tikildi! Xüsusən Füzuli, Ağdam rayonlarında. Çox yerdə tikildi! İndi onlar gedib orada rahat yaşayırlar. Yaxşı evlərdir, rahat yaşayırlar. Mənə deyirlər ki, Füzuli rayonunun azad edilmiş hissəsində rayon əhalisinin, demək olar, 40 faizi yaşayır. Elədir, yoxsa yox?

ƏLİ HƏSƏNOV /Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri/: Bəli, Horadiz qəsəbəsində vaxtilə 6 min əhali yaşayırdı, hazırda orada 4 minə qədər əhali yaşayır.

HEYDƏR ƏLİYEV: Demək, vəziyyət tamamilə dəyişir. Yeni qəsəbələr tikilir. Biz Ağcakənddə tikdik, mən gedib gördüm. İndi həm Ağdamda, həm Yevlaxda, Şəmkirdə, Biləsuvarda, başqa yerlərdə tikilir, gedib hamısına baxacağıq.

ƏLİ HƏSƏNOV: Hazırda 32 rayonda tikinti gedir. Ağdamda tikdiyimiz üç qəsəbənin birinə camaatı köçürmüşük, ikisinə də yaxın günlərdə köçürəcəyik.

HEYDƏR ƏLİYEV: Biz indi nə mümkündürsə, edirik. Amma hamısını edə bilmərik. Hamısını o vaxt edə biləcəyik ki, bizim torpaqlar azad olsun, gedib o evləri, binaları orada tikək. Buna da nail olacağıq. Mütləq nail olacağıq. Amma buna nail olana qədər biz əziyyətin içində yaşayırıq və yaşamağa məcburuq.

Bax, ölkədə belə bir vəziyyət olan halda, başqaları - öz evində, öz mənzilində yaşayan, hər şeyi olan insanlar gərək bu gün elektrik enerjisi yoxdur, sabah qaz gəlmir deyə narazılıq etməsinlər. Əlbəttə, camaat üçün bunların hamısı olmalıdır. Məhz buna görə də mən üç saat yarımdır burada vaxt itirirəm. Amma mən hamıya müraciət edirəm, gəlin, müqayisə edək. Onların da vəziyyətinə baxaq, bütün qalanların da vəziyyətinə baxaq, həmin şadlıq evlərində gecə səhərə qədər oturanların da vəziyyətinə baxaq, restoranlarda oturanların da vəziyyətinə baxaq - hamısının vəziyyətinə baxaq.

Mən sözümü qurtararaq demək istəyirəm ki, burada danışılan bütün nöqsanlar, hamısı aradan qaldırılmalıdır. Danışdığımız tədbirlər həyata keçirilməlidir. Mən bütün bu işləri baş nazirə həvalə edirəm. Rəhbərlik etsin, əlaqələndirsin. Vaxtı-vaxtında mənə məlumatlar versin. Həm bugünkü problemləri həll etməliyik, həm də perspektivdəki problemləri həll etməliyik və həll edəcəyik. Hamısını həll edəcəyik. İnşallah, bu ili çox yaxşı nəticələrlə sona catdıracağıq və yeni ili yaxşı əhval-ruhiyyə ilə başlayacağıq. Sağ olun.

/Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı\.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu