RƏSSAMLARMIZIN YUBİLEY SƏRGİSİ
Noyabrın 14-də “Qala” rəsm qalereyasında Azərbaycan rəssamlarının əsərlənidən ibarət sərginin açılış mərasimi keçiriləcəkdir. Sərgi qalereyanın beş illik yubileyi münasibətilə təşkil olunacaqdır.
Qalereyadan AZƏRTAC-a bildirmişlər ki, sərgidə 30-a qədər tanınmış Azərbaycan rəssamının rəngkarlıq, qrafika və heykəltaraşlıq janlarında əsəri nümayiş etdiriləcəkdir. Tamaşaçılar sərgi ilə yalnız bir həftə ərzində tanış ola biləcəklər.
Açılış mərasimində qalereyanın yubileyi ilə əlaqədar nəşr olunmuş kataloqun da təqdimetmə mərasimi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]