Roma Papasının Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlanır
Bakı, 3 fevral, AZƏRTAC
Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.
AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib ilə görüşəcək.
Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]