DÜNYA
Roma polisinin açdığı atəş hədəfdən yayınıb, nəticədə iki qadın yaralanıb
Roma, 18 mart, AZƏRTAC
İtaliya polisinin apardığı əməliyyat zamanı avtomobillərdən birinə “dayan” işarəsi verilsə də, avtomobil sahibi nəinki dayanmayıb, hətta polis əməkdaşlarını vurmağa cəhd göstərib.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, polisin qaydanı pozan sürücüyə açdığı atəş hədəfdən yayınıb, nəticədə yaxınlıqda motosikletdə gedən iki qadın, ana və qızı yaralanıb.
Bildirilir ki, çiyinlərindən yara alan hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edilir ki, paytaxtın bütün polis postlarına qaydanı pozan avtomobilin tapılması ilə bağlı əmr verilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]