“Rosneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti - idarə heyətinin sədri İqor Seçindən
Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və qətiyyətli qələbəniz münasibətilə Sizi təbrik edim.
Azərbaycan vətəndaşlarının Sizə etimadı uzun illər bu ali vəzifədə topladığınız nüfuzu qanunauyğun şəkildə əks etdirmişdir. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan siyasi və iqtisadi inkişafını bundan sonra da davam etdirəcəkdir.
Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətləri çoxdan təşəkkül tapmışdır. Mən ölkələrimizin yanacaq-energetika sahəsində əməkdaşlığını yüksək qiymətləndirirəm. Həmin səmərəli əməkdaşlığın, o cümlədən “Rosneft” ilə Azərbaycandakı tərəfdaşlar arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə səmimi qəlbdən ümid bəsləyirəm.
Sizə ali dövləti vəzifənizdə uğurlar, cansağlığı və xoşbəxtlik, ölkənizin sakinlərinin rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə müvəffəqiyyət arzulayıram.
Hörmətlə,
İqor Seçin
“Rosneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin
prezidenti - idarə heyətinin sədri