“Rosselxoznadzor” Azərbaycana məhsul göndərən Rusiya sahibkarlarına xəbərdarlıq edib
Moskva, 19 noyabr, AZƏRTAC
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ölkə sahibkarlarını Azərbaycana məhsul ixracı ilə bağlı məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, xidmət dekabrın 1-dən Azərbaycana ixrac edilən məhsulların Azərbaycan dilində etiketlənməsinin vacibliyini diqqətə çatdırıb.
“Rosselxoznadzor” yeni qaydalarla bağlı sahibkarları Azərbaycan qanunvericiliyinə riayət etməyə çağırıb. Belə ki, dekabrın 1-dən Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan dilinə tərcümə olunmadan etiketlənmiş məhsulların ölkəyə idxalını qadağan edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]