“Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapa təqdim olunub
Bakı, 25 aprel, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapa təqdim olunub.
Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Bildirilib ki, XVI əsr Bağdad ədəbi mühitində böyük Füzulidən sonra ictimai lirikada haqsızlığa, ədalətsizliyə qarşı etiraz notları Ruhi Bağdadi (1544-1606) yaradıcılığında daha qabarıqdır. O da Füzuli kimi XVI əsrdə Osmanlı imperiyasında baş verən hadisələri dərindən duyub, onların həqiqi qiymətini verməyə çalışıb.
Monoqrafiya Ruhi Bağdadinin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, şairin dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.
Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktoru Raqub Kərimov və filologiya elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçisi və “Ön söz”ün müəllifi isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]