Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruhumuzun qanadlandığı gün – 15 Dekabr

Bakı, 15 dekabr, AZƏRTAC

1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim abidələrindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etdiyini elan edib. Həmin tarixə qədər - 1889-cu ildə rus tədqiqatçısı Nikolay Mixayloviç Yadrintsev də Monqolustanın Orxon vadisində aşkar olunmuş daş yazılar haqqında bilgiləri toplamışdı. Lakin dekabrının 15-nin seçilməsi xüsusilə əhəmiyyətlidir. Bu tarix türk dil ailəsinin dərin köklü tarixini və ortaq mədəni irsini nümayiş etdirən bir dönüş nöqtəsi oldu. Bu səbəbdən də UNESCO dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan edib.

Monqolustan çöllərində Tanrının qoruyub saxladığı daş yaddaşımız ilk dəfə dünyaya danimarkalı alim tərəfindən bəyan edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Televiziyası İnformasiya Proqramları redaksiyasında böyük redaktor, İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürkün

“Ruhumuzun qanadlandığı gün – 15 Dekabr” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Tanrı o sirləri, o isbatları istəyəndə hər cür tufandan, borandan, seldən qoruyur. Sərt kontinental hava iqliminə malik olan bu sirli çöllər, Orxon vadisinin Koşo Çaydam Oymağı və Ögi gölünün cənubunda, Selenqa çayının yaxınlığındakı Orxon yazıları, İltəriş xaqan, Bilgə xaqan, Kül Təkin və Tonyukuk kitabələri daş səbri ilə min illər boyu dayanıb, tariximizi bizə tanıtmaq məqamını gözləyiblər.

Buna qədər də qədim tarixi mənbələrdə bu daş kitabələrin olması haqqında məlumatlar var idi. XIII əsrdə yaşayan moğol tarixçisi Ələddin Ata Məlik Cüveyni “Tarixi Cihan guşa” adlı əsərində həmin daş kitabələrdən söz açıb. Çin qaynaqları da bu kitabələrin Orxon vadisində olduğu haqqında bilgiləri indiyə qədər qoruyub saxlayır. 1721-ci ildə taxta çıxaraq Rusiya İmperiyasını elan edən rus çarı I Pyotr türk torpaqlarına daha tez sahib olsun deyə, Sibirin bitki örtüyünü öyrənmək üçün Sibir və Monqolustana ekspedisiya göndərib. Ekspedisiyanın rəhbəri Daniel Qottlieb Messerşmidt Rusiyada cəza çəkən isveçli hərbçi Con Von Starhlenberg ilə birlikdə Yenisey kitabələrindən birini görüblər. Bu xəbəri I Pyotra çatdırıblar. Bir il sonra, 1722-ci ildə cəza müddəti bitən hərbçi Con Von Starhlenberg vətəninə dönüb. O, cəza çəkdiyi illər haqında xatirələrini yazıb. Orxon kitabələri haqqında da bu kitabda qeydlərini edib. Beləcə, 1730-cu ildə Stokholmda həmin kitab elm aləminin diqqətini çəkib. Ruhumuzu özündə daşıyan, gücümüzün, ədalətimizin şahidi olan o daş kitabələr haqqında xəbərlər kitabxanalarda, arxivlərdə gizlin qalıb. Nə çinlilərin kitabxanalarından xəbərimiz olub, nə də danimarkalı alimlərin yazdıqlarından. Çar Rusiyası və Sovet Rusiyası isə türklüyümüz haqqında informasiyaları elə daş kimi səssiz və gizlin saxlayıb.

2025-ci il noyabrın 3-də Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Bu xəbər ruhumuzu qanadlandırıb Orxon vadisinə uçurdu, desəm, səhv etmərəm. Orxon vadisinin cazibəsini orada olanlar, o daş kitabələrə barmaqlarını toxundurmaq üçün gedənlər bilir.

Bu xoşbəxtlik mənə 2016-cı ilin avqust ayında nəsib olub. Həmin dövrdə Beynəlxalq Türk Akademiyasının prezidenti olmuş, hazırda isə Qazaxıstan parlamentinin senatoru olan akademik Darxan Kıdırəlinin dəvəti ilə mən də Monqolustan ekspedisiyasına qoşuldum. Dünyanın bir neçə ölkəsindən gəlmiş tanınmış türkoloqlar, dilçilərlə birlikdə 7 gün Orxon vadisində, Monqolustan çöllərində gəzib, Ötükəndə həmin cazibənin sehrinə daldıq. İltəriş xaqandan, Bilgə xaqandan, Kül Təkin və Tonyukukdan qalan daş kitabələri gördük, qucaqladıq...

Tonyukuk kitabəsi 716-cı ildə, Kül Təkin kitabəsi 732-ci ildə və Bilgə xaqan kitabəsi 735-ci ildə ucaldılıb. Kitabələrin yanında həm də yüzlərlə heykəl, balbal (daş fiqurlar), şəhər xarabalıqları, daş yollar, su kanalları, qoç və tısbağa heykəlləri və qurbangah daşlarını öz gözlərimizlə gördük.

Bu ekspedisiyadan qayıtdıqdan sonra “Ötükən və Kur Şad” adlı dastan yazdım. O müqəddəs yerlər, Göytürk xaqanlığını quran böyük babalarımızın, əcdadlarımızın ruhu dolaşan məkanlarda o qədər saflaşdıq, durulaşdıq ki, bu ekspedisiya üzvlərinin hər biri üçün ən böyük, ülvi və müqəddəs ziyarət oldu.

Dünyanın çox ölkələrində gəzib, tarixi memarlıq abidələrini görmüşəm. Ancaq onların heç biri könlümə Ötükən qədər yaxın olmadı. Bu günə qədər də məndən soruşanda ki, ən gözəl səyahət marşrutun hara olub? Cavab verirəm ki, Monqolustandakı Şviit Ulan iqamətgahı və Orxon vadisindəki Koşo Çaydam oymağı, Ötükən çölləri. Ruhuma heç bir tikili abidəsi olmayan Orxon vadisi, Selenqa çayı, Ötükən çölləri qədər doğma olan heç bir yer ola bilməz.

O gündən bu günə kimi, hər zaman başımda bir fikir dolaşır: görəsən Azərbaycanda Orxon vadisindəki daş kitabələrimizin maketləri nə zaman təhsil ocaqlarımızın qarşısını, böyük istirahət guşələri və meydanlarımızda ucaldılacaq.

Əgər UNESCO Vilhelm Tomsenin türk xaqanlarından qalan daş kitabələrinin oxu tarixini - dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü elan edirsə, deməli, bu çox əhəmiyyətli bir işdir.

Əgər biz 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyini keçiririksə, elə o tarixə qədər Azərbaycanın görməli yerlərində o daş kitabələrimizin, ilk türk əlifbası yazılan kitabımızın maketlərini yerləşdirsək, bu da 100 illiyə böyük bir töhfə olar. Həm də gənc nəsil bu əlifbanı öyrənər, o kitabələrdə yazılan ulu sözləri, ulu tarixi bilər. O daş kitabələrdə yazılan məktubları oxuduqca, babalarımızın necə müdrik, necə böyük olduğunu, necə mərd olduğunu görürük. Hər bir məktəbli, hər bir gənc Göytürk əlifbasını öyrənməli, V-VI əsrdən bizə miras qalan irsimizə sahib çıxmalıdır.

Əgər Azərbaycan Prezidenti İlham Əliyev “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”- deyirsə, o zaman onun bu fikrinin tarix boyu yaşaması üçün, biz türk tarixinin ən görkəmli abidələrini ölkəmizə gətirib, park və meydanlarda ucaltsaq, milli düşüncəmizdə yeni bir səhifə açmış olarıq. Zaman–zaman ərəb-fars əlifbasına görə itirdiklərimizi, yenidən bərpa etmiş olarıq. Biz gənc nəslə türk dillərinin qədim yazılı abidələri olan - Orxon-Yenisey kitabələrini, “Divani lüğat-it-türk” və “Qutadqu Bilik”də yazılanları ötürməliyik. Belə edəriksə, öz milli kimliyimizə, tariximizə sahib çıxacağıq. Ruhu türk dili ailəsinə yaxın olan bütün millətlərə və xalqlara, dostlara deyirəm ki, 15 Dekabr- Dünya Türk Dili Ailəsi Günümüz mübarək olsun!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub