DÜNYA
Rumıniyada qrip epidemiyası elan olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Rumıniyada təhlükəli qrip epidemiyası yayılıb. Bu barədə ölkənin səhiyyə naziri Sorina Pıntya mətbuat konfransında deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qrip bütün ölkə ərazisində müxtəlif intensivliklə yayılır.
Rumıniyanın Səhiyyə Nazirliyi əvvəlcədən qripə qarşı vaksinlər alıb və onun bütün ölkə üçün kifayət edəcəyi bildirilir.
Nazirlik, həmçinin vətəndaşları əlavə təhlükəsizlik tədbirləri görməyə - ilk simptomlar zamanı həkimə müraciət etməyə, virusa yoluxan ailə üzvlərini təcrid etməyə, gigiyenaya əməl etməyə, qoruyucu maskalar taxmağa və qrip əleyhinə peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, yanvarın əvvəlindən bəri Rumıniyada qrip virusundan 54 nəfər dünyasını dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]