Rumıniyalı nazir: Azərbaycandan qaz idxal etmək niyyətindəyik
Buxarest, 22 sentyabr, AZƏRTAC
Biz qaz müharibəsinin ortasındayıq. Bu müharibə keçən il başlayıb və biz problemi nəzarət altında saxlamalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın energetika naziri Virgil Daniel Popesku deyib.
O bildirib ki, ölkə əhalisinin əksəriyyəti iqtisadi baxımdan çıxılmaz vəziyyətdədir. Qazın qiymətinin onların ödəmə qabiliyyətindən çox yüksək həddə olması qış ayları ilə bağlı narahatlıq yaradır. Hazırda Rumıniya ölkənin qaz istehlakının cəmi 90 faizini təmin edir, qalan hissəsini isə Azərbaycandan idxal etmək niyyətindədir, lakin hələ ki, bununla bağlı imzalanmış müqavilə yoxdur.
Nazir diqqətə çatdırıb ki, bu gün Rumıniyada qaz yataqlarının 80 faizi doludur, lakin bu, problemi həll etmir. Başqa ölkədən qaz idxal etmək üçün tranzit sazişləri lazımdır. Bununla bağlı işlər görülür.
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]