SİYASƏT
Rumıniyanın “Agerpres” milli xəbər agentliyində görüş keçirilmişdir
![Rumıniyanın “Agerpres” milli xəbər agentliyində görüş keçirilmişdir](/files/2013/3/1200x630/14071451243199961601_1200x630.jpg)
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Rumıniyanın Agerpres milli xəbər agentliyinin mərkəzi qərargahında AZƏRTAC-ın Rumıniyadakı xüsusi müxbiri İqbal Hacıyevlə agentliyin direktoru Aleksandru İon Giboi arasında görüş keçirilmişdir.
İqbal Hacıyev Alexandru İon Giboya AZƏRTAC rəhbərliyinin salamlarını çatdırmış, Rumıniyada açılmış yeni müxbir məntəqəsinin iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir. Görüşdə qarşılıqlı informasiya mübadiləsini genişləndirmək, o cümlədən saytlarda analitiklərin şərh və təhlillərinə yer ayırmaq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Agerpres xəbər agentliyinin direktoru Aleksandu İon Giboi iki agentlik arasında mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmişdir. Azərbaycandan yenicə qayıtmış direktor Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə təşkil olunduğunu, bu kimi tədbirlərin Azərbaycanın dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. A.İ.Giboi AZƏRTAC-ın Rumıniyada müxbir məntəqəsinin açılmasının əhəmiyyətindən danışmış və öz dəstəyini təklif etmişdir.
Görüşün sonunda direktora AZƏRTAC adından milli suvenirlər təqdim olunmuşdur.