Runi Bobbi Çarltonun rekordunu təzələyərək İngiltərə yığmasının ən yaxşı “bombardiri” olub
Bakı, 9 sentyabr, AZƏRTAC
2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə turnirinin 8-ci turunun oyunları çərşənbə axşamı, sentyabrın 8-də keçirilib. Bu matçların yekunlarına əsasən Avstriya yığması Avro-2016 çempionatının final mərhələsinin iştirakçıları kompaniyasında İngiltərə, İslandiya və Çexiya yığmalarına qoşulub olub, İspaniya və Rusiya yığmaları isə bu hədəfə doğru aparan yolda mühüm qələbələr qazanıblar.
AZƏRTAC XƏBƏR VERİR ki, “G” qrupunda Avstriya yığması İsveçdə qazandığı qələbə sayəsində qrupda birinci yeri tutub və Avro-2016-ya vəsiqə alıb. Lixtenşteyn komandasına böyük hesabla qalib gələrək ikinci yerə çıxmış Rusiya yığması skandinavları iki xal qabaqlayıb, Monteneqro komandası isə onlardan cəmi bir xal geri qalır. Əgər oktyabrın 9-da Rusiya yığması Moldova komandasına qalib gələrsə, İsveç və Monteneqro yığmaları isə xal itirərsə, onda Leonid Slutskinin komandası seçmə mərhələnin başa çatmasına bir tur qalmış qrupu tərk edəcək.
“E” qrupunda İngiltərə yığması öz meydanında İsveçrə komandasına qalib gəlib. Topları Harri Keyn (67-ci dəqiqə) və Ueyn Runi (84-cü dəqiqə, penalti) vurublar. Beləliklə milli komandanın heyətində 50 qol vurmuş Runi əfsanəvi Bobbi Çarltonun rekordunu geridə qoyub. Forvardın bu rekordu müəyyən etməsi üçün 107 matç lazım gəlib. Çarlton isə 1958-1970-ci illərdə milli komandanın heyətində 106 oyunda 49 qol vurub.
İngiltərə yığması turnirin başa çatmasına üç tur qalmış qrupdan çıxmaq məsələsini həll etmiş yeganə komandadır. Futbolun baniləri sayılan ingilislər İsveçrə yığmasına qalib gələrək birinci yerə çıxıb. 100 faiz nəticə göstərən yeganə iştirakçı olan bu komandanın qələbə seriyası 8 matçdan ibarətdir.
“C” qrupunda Slovakiya və Ukrayna komandalarının görüşü heç-heçə başa çatandan sonra hazırkı Avropa çempionları olan ispanlar birinci yerə çıxıblar. Slovaklar onlardan iki xal, ukraynalılar isə üçü xal geridədir. Əgər oktyabrın 9-da keçiriləcək oyunlarda İspaniya və Slovakiya komandaları qalib gələrsə, onlar final turnirinə vəsiqə ala biləcəklər.