Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan mayın 22-də keçiriləcəkdir
Bakı, 13 may (AZƏRTAC). Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan mayın 22-də keçiriləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə - mayın 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız paytaxtda olacaqdır. Mayın 22-də keçiriləcək imtahanda iştirak üçün abituriyentlər ərizələrini mayın 16-dan gec olmayaraq müvafiq Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməlidirlər.
“Azərbaycan dili” fənni üzrə imtahanda iştirak üçün abituriyentlər müəyyənləşdiriləcək tarixlərdə iş nömrəsindən və şifrdən istifadə etməklə “İmtahana buraxılış vərəqəsi” çap edib götürəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]