Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç,
“Kolskaya” qazma qurğusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığımı qəbul edin, zərərçəkənlərin hamısının halına ürəkdən acıdığımı bildirirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2011-ci il.