RUSİYA GÜRCÜ-ABXAZ MÜNAQİŞƏ BÖLGƏSİNƏ ƏLAVƏ HƏRBİ KONTİNGENTİN YERİDİLMƏSİNİ BAŞA ÇATDIRMIŞDIR
Qondarma Abxaziya Respublikasının xarici işlər naziri Sergey Şamba bunun MDB dövlət başçılarının imzaladıqları sazişə müvafiq olaraq həyata keçirildiyini bildirmişdir. Gürcüstan xarici işlər nazirinin vəzifəsini icra edən Qriqol Vaşadze Moskvanın bu addımını Gürcüstana qarşı növbəti təcavüzkarlıq aktı adlandırmışdır. Onun sözlərinə görə, bununla Rusiya bölgədə sabitliyə ciddi təhlükə törədir. Q.Vaşadze bildirmişdir ki, Rusiya münaqişə bölgəsinə əlavə qüvvələri Gürcüstanı xəbərdar etmədən yeritmişdir. Bütün beynəlxalq prinsip, norma və sazişlərə görə Rusiya bunu Gürcüstanla razılaşdırmalı idi.
Gürcüstan tərəfi bütün bunlarla əlaqədar Rusiya Federasiyasının Gürcüstandakı səfiri Vyaçeslav Kavalenkoya etiraz notası təqdim etmişdir. Səfir öz növbəsində vəziyyətin gərginləşdirilməsində Gürcüstanı günahkar saymış, Rusiyanın mövcud vəziyyətlə əlaqədar adekvat tədbir görəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]